MTRŞ özəl teleradio yayımçılarına ayrılan yardımın necə bölünəcəyi məsələsinə aydınlıq gətirib

Bakı. 13 may. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına ayrılan yardımın necə bölünəcəyi məsələsinə aydınlıq gətirib. 

"Report"un sorğusuna cavab olaraq MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ayrılan maliyyə vəsaiti özəl teleradio yayımçıları arasında bərabər əsaslarla bölünəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 12-də imzaladığı sərəncamla 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Milli Televiziya və Radio Şurasına iki milyon manat ayrılıb.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42