Monitorinq Mərkəzi: "Azərbaycanda əcnəbi filmlərin yayımına böyük tələbat yaranıb" 

"Azərbaycan kinematoqrafiyasında cizgi filmlərinin, bədii və sənədli filmlərin yerli istehsalı yetərincə olmadığına görə əcnəbi filmlərin yayımına böyük tələbat yaranıb".

"Report" xəbər verir ki, bu sözləri Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva bildirib.

Onun sözlərinə görə, bu səbəbdən xarici filmlərin Azərbaycan dilinə tərcüməsi çox vacib məsələyə çevirilib.

Mərkəz rəsmisi vurğulayıb ki, milli telekanallarımızda nümayiş etdirilən dublyaj filmlərinin arzuolunan səviyyəyə çatdırılması üçün ədəbi dilin bütün normalarına riayət olunması son dərəcə vacib məsələlərdəndir.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42