Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik edilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib.

“Report”un xəbərinə görə, bu barədə Şuranın VII qurultayında qərar qəbul olunub.

Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Beləliklə, İdarə Heyətinin 23 üzvü olacaq. Əvvəlcə bu rəqəm 17 idi.

Digər xəbərlər

ARB 24 8 yaşını qeyd edir 27 noyabr, 2026 / 12:22
Editor.az 14 yaşını qeyd edir 24 noyabr, 2026 / 10:20