Tanınmış jurnalistə vəzifə verilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Tanınmış jurnalist Elvin Şirinli ABAD mərkəzlərinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri vəzifəsinə təyin olunub.

E.Şirinli “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O, əhalinin ABAD haqqında məlumatlandırılması və KİV-lə əlaqələrinin qurulması istiqamətində çalışacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsi yaradılıb. Yeni qurum ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmağa xidmət edəcək.

Digər xəbərlər

Unikal 16 yaşını qeyd edir 06 iyun, 2026 / 11:15