İTV-nin koronavirusa yoluxan böyük redaktorunun səhhətində dəyişiklik yoxdur

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağır-sabit olaraq qalır.

Bu barədə "Report"a İTV-dən bildirilib.

Hazırda Ə.Fəqanoğlunun müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam etdirilir və süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Səhhətində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, o, iyulun 18-dən klinikaya yerləşdirilib.

Digər xəbərlər

ARB 24 8 yaşını qeyd edir 27 noyabr, 2026 / 12:22
Editor.az 14 yaşını qeyd edir 24 noyabr, 2026 / 10:20