İTV-də “Vətən Sağ Olsun-3" yayımlanacaq

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və "M.Z. Production"un təşkilatçılığı ilə keçirilən “Vətən Sağ Olsun-3" Xüsusi Tapşırıq hərbi vətənpərvərlik layihəsi İctimai TV-də efirə başlayır.

"Report" xəbər verir ki, layihənin ​ müəllifi ​ və rəhbəri “M.Z.Production”un direktoru Üzlüfət Qasımova, quruluşçu rejissoru Tahir Xəlfəquliyevdir.

​Məqsədi gənclər arasında hərbi vətənpərvərlik olan bu layihəyə 4 000-dən çox gənc müraciət edib. Yarışın əsas şərtlərindən biri hərbi xidmətdə olmayan, 18-23 yaş arası çağırışçı gənc oğlan və qızların iştirakı idi.

​“N” saylı hərbi hissədə keçirilən yarışda minlərlə gəncin arasından 10 tələbə seçilərək iştirak hüququ qazanıb.

Veriliş 17 oktyabr tarixindən etibarən hər həftənin şənbə günü saat 11:15-də İctimai TV-də yayımlanacaq.

​Xatırladaq ki, “Vətən Sağ Olsun” layihəsinin ilk buraxılışı 2008-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən bütün Hərbi Qoşun növləri ilə, 2013-cü ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı Hərbi Hissəsində “Vətən Sağ Olsun 2 – Çağırarsa Vətən” adı altında həyata keçirilib.

Qeyd edək ki, "Report" İnformasiya Agentliyi layihənin informasiya dəstəkçisidir.

Digər xəbərlər

Baku TV 8 yaşını qeyd edir 18 fevral, 2026 / 09:40
Teleqrafın 14 yaşı tamam olur 07 fevral, 2026 / 12:47