İsmət Səttarov: Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var

Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var.

“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarovun fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələ beynəlxalq təcrübədə daha çox tətbiq olunur:

“Bu ildən dövlət qurumları ilə qanuna dövlət kanallarının xəbər proqramlarına surdotərcümə tətbiq edilməsinin əlavə edilməsini müzakirə edəcəyik. Əgər qanun qəbul edilsə, dövlətdən maliyyələşən kanallarda istifadəsi vacib olacaq”.

Digər xəbərlər

Editor.az 14 yaşını qeyd edir 24 noyabr, 2026 / 10:20