İTV-yə yeni baş direktor seçilib

Bakı. 1 iyun. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə Balakişi Qasımov seçilib.

“Report”un xəbərinə görə, bununla Milli Televiziya və Radio Şurasında seçki keçirilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı var idi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu idi.

Digər xəbərlər

Baku TV 8 yaşını qeyd edir 18 fevral, 2026 / 09:40
Teleqrafın 14 yaşı tamam olur 07 fevral, 2026 / 12:47