Gələn ilin dövlət büdcəsindən MTRŞ-ya ayrılacaq vəsait artırılır

Bakı. 23 oktyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılacaq vəsait artırılır.

“Report” xəbər verir ki, 2019-cu ilin büdcəsindən şuraya 928 min 120 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 125 min 099 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq. 

Digər xəbərlər

ARB 24 8 yaşını qeyd edir 27 noyabr, 2026 / 12:22
Editor.az 14 yaşını qeyd edir 24 noyabr, 2026 / 10:20