Əflatun Amaşov: “Azərbaycan jurnalistləri üçün tikilən ikinci bina gələn ilin yayında təhvil veriləcək”

Bakı. 6 dekabr. REPORT.AZ/ “Azərbaycan jurnalistləri üçün Bakının Səbail rayonu ərazisində tikilən ikinci binada hazırda tamamlanma işləri gedir”.

“Report”un xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov məlumat verib.

O deyib ki, mənzillərin yaxın aylarda jurnalistlərə təqdim olunması mümkün olmayacaq: “Mənzillər gələn ilin yayında, 22 iyul – Milli Mətbuat Günündə jurnalistlərə təqdim olunacaq”.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42