"Baku TV"nin Naxçıvan bürosu açılıb

Naxçıvan Muxtar Respublikasında Baku TV-nin bürosu fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, büronun yaradılmasında əsas məqsəd muxtar respublikada baş verən son hadisələrlə bağlı cəmiyyətə dəqiq və operativ informasiyalar çatdırmaqdır.

Qeyd edək ki, Baku TV-nin Şimal, Şimal-qərb, Qərb, Mərkəzi Aran, Aran, Abşeron, Cənub, Qarabağ büroları da fəaliyyət göstərir. Eləcə də kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdə xüsusi müxbirləri var.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42