Prezident AzTV-yə 3 milyon manat ayırıb

Bakı. 14 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Digər xəbərlər

Modern.az 17 yaşını qeyd edir 01 sentyabr, 2026 / 13:28
Trend 31 yaşını qeyd edir 01 sentyabr, 2026 / 10:15
İTV 21 yaşını qeyd edir 29 avqust, 2026 / 09:29