AzTV 63-cü ildönümündə “Xəbərlər”in yeni studiyasını istifadəyə verib

Bakı. 14 fevral. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” studiyası televiziyanın bu gün tamam olan 63-cü ildönümü münasibəti ilə yenidən tam yeni standartlarla istifadəyə verilib.

“Report”un əldə etdiyi məlumata görə, AzTV-nin yeni rəhbərliyi tərəfindən yenidən qurularaq istifadəyə verilən yeni studiya tam müasir standartlara cavab verir.

Studiyada AzTV-nin “Xəbərlər” proqramı ilə yanaşı, QSC-yə daxil olan “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının da xəbər proqramları yayımlanır.

Xatırladaq ki, dövlət televizyasının ilk efir günü 1956-ci il fevralın 14-də olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanılıb. Maliyyə sistemi şəffaflaşdırılıb, iri həcmli kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında köklü yeniliklərə start verilib. İslahatlar davam etdirilir.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42