Azərbaycanın tanınmış diktoru dünyasını dəyişib

Azərbaycanın tanınmış diktoru Ramiz Qafarov dünyasını dəyişib.

"Report"un məlumatına görə, o, bu gün axşam saatlarında ürəktutmasından vəfat edib.

Qafarovun voleybol üzrə "Xarı Bülbül" və Slovakiyanın “TJ Spartak” komandaları arasında keçirilən Çelenc Kubokunun cavab oyununda halı pisləşib.

Qeyd edək ki, Ramiz Qafarov "Qarabağ" klubunun oyunlarında diktorluq edirdi.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42