Azərbaycanda tanınmış jurnalist vəfat edib

Salyanda jurnalist vəfat edib.

“Report”un Aran bürosunun məlumatına görə, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan “Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.

F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, “Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.

Allah rəhmət eləsin!

Digər xəbərlər

Modern.az 17 yaşını qeyd edir 01 sentyabr, 2026 / 13:28
Trend 31 yaşını qeyd edir 01 sentyabr, 2026 / 10:15
İTV 21 yaşını qeyd edir 29 avqust, 2026 / 09:29