Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb

Bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb.

"Report"un əməkdaşı xəbər verir ki, media işçiləri Mətbuat Şurasının binasında peyvənd olunur.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulur.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42