Avstraliya telekanalı kiberhücuma məruz qalıb

Avstraliyanın “9News” telekanalının canlı yayımı haker hücumu səbəbindən kəsilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə telekanalın tvitter hesabında məlumat verilib.

“Sistemlərimizə edilən kiberhücum bu gün canlı yayımı dayandırdı, ancaq normal yayım şəbəkəmizin davam etdirilməsini təmin etmək üçün prosesləri başlatmışıq”, - məlumatda deyilir.

Telekanal hücumun səbəblərinin müəyyənləşdirilməsinin milli səviyyədə zəifliklərin aşkarlanmasına kömək edə biləcəyini bildirib.

Digər xəbərlər

Kaspi qəzeti 145 illiyini qeyd edir 01 yanvar, 2026 / 09:30