Audiovizual Şura Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan edib

Azərbaycan Respublikası Audiovizual Şurası ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün müsabiqə elan edib.

"Report" xəbər verir ki, sənədləri elektron formatda göndərmək üçün poçt ünvanı belədir: senedqebulu@acra.gov.az. Notarial təsdiq tələb olunan sənədlər Şuraya canlı olaraq təqdim edilməlidir.

Sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında (Bakı şəhəri, AZ1138, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 315, otaq № 23) bu il iyunun 19-dan avqustun 2-dək iş günləri saat 10.00-dan 17.00-dək qəbul olunur.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42