Kinorejissor Eldar Ryazanov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiyanın məşhur kinorejissoru Eldar Ryazanov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, 87 yaşlı rejissora "beyində qan dövranının kəskin pozulması" diaqnozu qoyulub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Rusiyanın Səhiyyə Departamenti Ryazanovun insult keçirməsi faktını təsdiqləyib.

Digər xəbərlər