Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib.

"Report" bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan mədəniyyət naziri Adil Kərimli ilə Sudanın mədəniyyət, informasiya və turizm naziri Xalid İsmayıl Əhməd ƏLi arasında görüş keçirilib.

Adil Kərimli Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri, eləcə də beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Digər xəbərlər