Bakı. 17 iyun. REPORT.AZ/ Dövlət başçısı İlham Əliyev Amaliya Pənahovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, iyunun 15-də Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası Amaliya Pənahovanın 70 yaşı tamam olub.