Xalq artisti Əminə Yusifqızı yaxşı dost, nümunəvi insan idi.
"Report" xəbər verir ki, bunu Xalq artisti Şəfiqə Məmmədova Əminə Yusifqızı ilə vida mərasimində deyib.
O, Əminə Yusifqızının səsinin ədəbi yaşayacağını ifadə edib:
"Bu səs ilahi səs idi. Onun televiziya layihələri, səsləndirdiyi filmlər, bədii qiraəti, doğrudan da, bənzərsiz idi".
Xalq artisti Fərhad Bədəlbəyli də, öz növbəsində, Əminə Yusifqızının Azərbaycan xalqının yaddaşında yaşayacağını deyib:
"Əminə xanımdan bir də olmayacaq".
Xatırladaq ki, Xalq artisti Ə.Yusifqızı oktyabrın 9-da 89 yaşında vəfat edib.