“Zıraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

“Zıraat Bank Azərbaycan" ASC yanvar-sentyabr aylarını 6,414 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 6,181 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Zıraat Bank Azərbaycan"ın gəlirləri 42,199 milyon manat (illik müqayisədə 42,8 % çox), xərcləri 24,177 milyon manat (42,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 11,608 milyon manat (2,1 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 711,727 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 63,3 % çoxdur. Bunun 349,884 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,5 % böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 80,1 % artaraq 596,996 milyon manata, o cümlədən depozit portfeli 2,3 dəfə artaraq 491,41 milyon manata, balans kapitalı isə 10 % artaraq 114,732 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Digər xəbərlər