İcbari Sığorta Bürosu (İSB) "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin adlarını açıqlayıb.
"Report" bu barədə rəsmi mətbuata istinadən xəbər verir.
Məlumata görə, həmin sığortaçılar "A-Qrup Sığorta", "Atasığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azərsığorta", "Bakı Sığorta", "Günay Sığorta", "Xalq Sığorta", "İpək Yolu Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Naxçıvan Sığorta" və "PAŞA Sığorta"ASC-lərdir.