İyunun 29-da, saat 15:00-da “Xalq Həyat Sığorta" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Xalq Həyat Sığorta"nın 2021-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.
Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.