“Xalq Bank”ın xalis mənfəəti cüzi azalıb

“Xalq Bank” ASC 2022-ci ili 27,215 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 0,3 % azdır.

Ötən il “Xalq Bank”ın gəlirləri 139,531 milyon manat (əvvəlki illə müqayisədə 30,5% çox), xərcləri 86,738 milyon manat (12,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 20,139 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 5,439 milyon manat (4,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Bank”ın aktivləri 2 685,071 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,8 % çoxdur. Bunun 1 709,132 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,9 % böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 16,9 % artaraq 2 209,858 milyon manata, o cümlədən depozit portfeli 20,2 % artaraq 1 855,258 milyon manata, balans kapitalı isə 5,8 % artaraq 475,212 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Digər xəbərlər