“Zıraat Bank Azərbaycan" ASC-nin səhmlərinin 0,01 %-nə nəzarət edən "Zıraat Sıgorta" şirkəti payını satıb.
"Report" xəbər verir ki, onun payını “Ziraat Teknoloji” ASC alıb.
Bankın səhmlərinin 99,98 %-i əvvəlki qaydada Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manat təşkil edir.