Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirirlər

Bakıda türkdilli dövlətlərin kredit büroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən Anlaşma Memorandumları imzalanacaq.

"Report" bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, sənədə iyunun 24-25-da keçiriləcək "Fintex Sammit" çərçivəsində imzalanacaq. Bundan başqa, Sammit çərçivəsində ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası əməkdaşlığa dair sənəd imzalayacaq.

Xəbər lenti