Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC ədliyyə orqanlarının əməkdaşlarına peşə bayramları münasibətilə noyabrın 24-26-da mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.
Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqqında daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.
Xatırladaq ki, 22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.