"Troni İnvestisiya Şirkəti" QSC 2022-ci ili 138 min manat zərərlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 23 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "Troni"nin aktivləri 449 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,7 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 33,3 % artaraq 4 min manata, balans kapitalı, həm də nizamnamə kapitalı isə 23,6 % artaraq 445 min manata çatıb.
Xatırladaq ki, "Troni" 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin yeganə səhmdarı Siyavuş Səfiyevdir.