"Troni İnvestisiya Şirkəti" QSC 2023-cü ili 224 min manat zərərlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 62,3 % çoxdur.
Bu il yanvarın 1-nə "Troni"nin aktivləri 1,884 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 50 % artaraq 6 min manata, balans kapitalı isə 6,2 dəfə artaraq 1,879 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 931 min manata çatıb.
Xatırladaq ki, "Troni" 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin yeganə səhmdarı Siyavuş Səfiyevdir.