TƏBİB-ə məxsus şirkət auditor seçib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus "Azərtibbtəchizat" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Hesabat" MMC-dir.

Qalib şirkətə 1 000 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Ona 3 370 manat ödənilib.

Digər xəbərlər

Sərfəli kredit axtarırsan? 05 mart, 2026 / 11:24