"Standard Insurance"in yığımları 5% artıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Standard Insurance" ASC-nin yığımları 18 326 914 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,86% çoxdur.

Hesabat dövründə "Standard Insurance"in ödənişləri də artıb. Belə ki, Şirkət 10 ay ərzində 7 327 294 manat ödəniş edib və bu, illik müqayisədə 14,42% çoxdur.

Bu ilin ilk 10 ayında "Standard Insurance" topladığı hər 100 manat sığorta haqqının 39,98 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 36,64% olub.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Digər xəbərlər