Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyada 2017-ci ildə fəaliyyət göstərmiş 2,5 mln. şirkətdən, təxminən, 475 mini və yaxud 19%-i zərərlə işləyib.
"Report" xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Vergi Xidmətinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən il şirkətlərin 54%-i mənfəətlə işləyib, 27%-nin isə gəlirləri xərclərinə bərabər olub. Amma ekspertlər bunu vergidən yayınmaq üçün fırıldaq hesab edirlər.
Rusiya şirkətlərinin 2017-ci ildə orta gəliri 51,2 mln. rubl (1,3 mln. manat), orta xərci isə 50,2 mln. rubl (1,275 mln. manat) təşkil edib.