"Rabitəbank"ın depozit portfeli 9 % azalıb

"Rabitəbank" ASC bu ilin I rübünü 5,079 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,1 % çoxdur.

Yanvar-mart aylarında "Rabitəbank"ın gəlirləri 30,967 milyon manat (illik müqayisədə 21,3 % çox), xərcləri 25,999 milyon manat (31,1 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 111 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Rabitəbank"ın aktivləri 924,384 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 612,942 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,3 % böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 2,3 % artaraq 817,277 milyon manat, o cümlədən depozit portfeli 8,7 % azalaraq 549,456 milyon manat, balans kapitalı isə 2,8 % artaraq 107,107 milyon manat olub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Digər xəbərlər