Qida Təhlükəsizliyi İnstitutu auditor seçir

Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 25,83 manatdır.

İddiaçılar təkliflərini martın 6-sı, saat 15:00-a qədər instutun yerləşdiyi Süleyman Sani Axundov küçəsi, 73C ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər