Qarabağ Dirçəliş Fondu 43 işçisinin könüllü tibbi və 3 nəqliyyat vasitəsinin KASKO sığortalanması üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 55 manatdır.
İddiaçılar təkliflərini noyabrın 12-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, 5 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "A-Qrup Sığorta" ASC olub. Şirkətə 22 325 manat ödənilib.