​"Petronas" Azərbaycanda filial açıb

Bakı. 24 iyul. REPORT.AZ/ Malayziyanın Milli Neft-Qaz şirkəti olan "Petronas" Azərbaycanda filial açıb. "Report"un məlumatına görə, "Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." Sirkətinin Azərbaycandakı filialının qanuni təmsilçisi Zainal Abidin Bin Zainudindir.

Bakı Şəhəri Xətai Rayonunda yerləşən şirkətin nizamnamə kapitalı haqqında hələlik məlumat verilmir.

Xatırladaq ki, ötən ilin oktyabrında Norveçin "Statoil" şirkəti "Şah Dəniz" yatağındakı ümumi həcmi 2,25 mlrd. dollar olan 15,5%-lik payını "Petronas"a satıb.

Digər xəbərlər

Qiymətli metallar bahalaşır 24 yanvar, 2026 / 02:09