"PAŞA Həyat Sığorta"nın ödənişləri 4 dəfə artıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "PAŞA Həyat Sığorta" ASC-nin yığımları 66 981 824 manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,57% çoxdur.

Hesabat dövründə "PAŞA Həyat Sığorta"nın ödənişləri daha kəskin artıb. Belə ki, Şirkət 10 ay ərzində 32 521 268 manat ödəniş edib. Bu isə 1 il əvələ nisbətən 3,98 dəfə çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında "PAŞA Həyat Sığorta" topladığı hər 100 manat sığorta haqqının 48,55 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 17,02% olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46