"Rabitəbank" ASC bu ilin yanvar-sentyabr aylarını 13,757 milyon manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.
9 ayda "Rabitəbank"ın gəlirləri 154,151 milyon manat (1 il əvvələ nisbətən 14,7 % çox), xərcləri 129,176 milyon manat (13,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 11,218 milyon manat (52,5 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktybarın 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 453,833 milyon manat olub ki, bu da illik müqayisədə 11,2 % çoxdur. Bunun 993,121 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,7 % böyüyüb.
Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 11,7 % artaraq 1 milyard 312,329 milyon manata, o cümlədən depozit portfeli 7 % artaraq 848,074 milyon manata çatıb, balans kapitalı isə 6,9 % azalaraq 141,504 milyon manata düşüb.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya, 6,03 %-I Aslan Xasiyevə, 0,14 %-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarıdır.