Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 11 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122 milyon manat vəsait daxil olub.

"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.

9 ay ərzində qurum 46 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 804 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 444-ü qeyri-yaşayış, 3 075-i torpaq sahələri üzrə olmaqla 3 519 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 24,5 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25,5 % çox - 43,3 milyon manat vəsait ödənilib.

Beləliklə, yanvar-sentyabr aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 165,3 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46