"Paşa Bank" müştərilərinə xəbərdarlıq edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gecə "Paşa Bank" ASC-nin müştərilərə göstərəcəyi xidmətlərdə 4 saatlıq fasilə yaranacaq.

"Report" xəbər verir ki, artıq Bank bu barədə müştərilərinə xəbərdarlıq edib.

Məlumata görə, bu gecə saat 02:00-06:00 arasında yaranacaq fasilə əməliyyat sistemində aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədardır.

Bank müştərilərindən qeyd edilən vaxtda bank kartları, ATM ve POS-terminallarla əməliyyatlar və onlayn bank xidmətlərindən istifadə zamanı yaranacaq çərinliyi anlayışla qarşılamağı xahiş edib.

Digər xəbərlər