​“Parabank” nizamnamə kapitalını artırır

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən Bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb. Bu barədə “Report”a Bankın mərkəzi ofisindən məlumat verilib.

Bankın audit hesabatına əsasən, son 3 il ərzində "Parabank"ın nizamnamə kapitalı 11,570 mln. manat olub və 2014-cü ilin ikinci rübün sonuna məcmu kapital 21,662 mln. manata çatdırılıb.

Qeyd edək ki, bu ilin avqust ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 100 000 ədəd adi səhmlərinin emissiyası prospekti qeydiyyata alınıb. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra Bankın məcmu kapitalı 20 mln. manat artırılacaq.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46