"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Optimal Elektronika” MMC-nin istiqrazları tədavül müddəti bitdiyinə görə delistinq edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 istiqrazdan (2,5 milyon manatlıq) gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olub. Onların illik gəlirliyi 12 % təşkil edib.
Xatırladaq ki, “Optimal Elektronika” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,485 milyon manatdır.