Nazir: "Dövlət maliyyəsi sahəsində şəffaflığa önəm veririk"

Maliyyə Nazirliyi dövlət maliyyəsi sahəsində şəffaflığa önəm verir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

"Dövlət maliyyəsi sahəsində aparılan islahatlar, qarşıya qoyulan hədəflər, əldə olunan nailiyyətlər və qarşıya çıxan çətinliklər Nazirlik yanında İctimai Şuranın üzvləri ilə peşəkar müstəvidə müzakirə olunur. Paralel olaraq dövlət qurumlarında məlumatlığın artırılması, bu sahədə bilik, bacarıq və potensialın formalaşdırılması istiqamətində silsilə iş aparılır. Bilirsiniz ki, bir tərəfdən peşəkar mühasib sertifikatı ilə bağlı aparılan işləri bir tərəfdən yeni elektron sistemlərlə bağlı olaraq həyata keçirilən treyninqlər, eyni zamanda da xəzinə fəaliyyəti üzrə bələdçinin hazırlanması imkan yaratdı ki, biz sizlərlə, yəni xəzinənin əsas benifisarları olan qurumlarla oyun qaydalarını bütün dəqiqliyi ilə müəyyən edək. Hər hansı bir kənar təfsirə, hər hansı bir operator xətasına yol verməyək. Xəzinə bələdçisi nəşr edilərək bütün dövlət qurumlarında yayıldı və orda xəzinənin bütün növ əməliyyatlarının həm icazə verilən, həm icazə verilməyən bütün aspektləri tam çılpaqlığı ilə var. Qurumlarımıza məlumat verildi ki, onlar öz fəaliyyətini bələdçiyə uyğun qursun və sizinlə birgə fəaliyyətimizin vahid oyun qaydaları meydana çıxsın", - deyə o qeyd edib.

Digər xəbərlər