Azərbaycan Mərkəzi Bankının ötən ay lisenziyasını ləğv etdiyi "T-kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) kreditorlarına müraciət edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini BOKT-un yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanına bildirə bilərlər.