Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 4 milyon 578 min 100 manat olub.
Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 242 min 100 manat və ya 21,3 % azdır.
Bunun da 1 milyon 14 min 100 manatını könüllü, 3 milyon 564 min manatını isə icbari sığorta təşkil edib. Bu da 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq könlüllü sığorta bazarı üzrə 81 min manat və ya 7,4 %, icbari sığorta bazrı üzrə 1 milyon 161 min manat və ya 24,6 % azdır.
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 5 milyon 820 min 200 manat olmuşdur ki, bunun da 1 milyon 95 min manatını könüllü, 4 milyon 725 min 200 manatını isə icbari sığorta təşkil edib.