Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-da bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 599 manat olub.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda isə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 14,5 % artaraq 828 manat təşkil edib.