“MFX-Trading İnvestisiya Şirkəti” ötən ili zərərlə başa vurub

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2023-ci ili 143 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 53 % azdır.

Bu il yanvarın 1-nə “MFX-Trading"in aktivləri 392 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 22,3 % azalaraq 150 min manata düşüb, balans kapitalı isə 24,1 % artaraq 242 min manata, o cümlədən nizamnamə kapitalı 24,7 % artaraq 960 min manata çatıb.

Xatırladaq ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1,11 milyon manatdır. Şirkətin yeganə səhmdarı Samir Xəlilovdur.

Digər xəbərlər