Azərbaycan Mərkəzi Bankı (AMB) "AFB Bank" ASC-yə icrası məcburi sərəncam verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Bank inzibatçı vəzifəsinə təyinat və dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə tənzimləyici quruma yazılı bildiriş təqdim etməyib. Odur ki, "Banklar haqqında" qanunun 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, "AFB Bank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.